RU

Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında toqquşmalar: Onlarla ölü və yaralı var – ÖZƏL

Suriyada hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədə sadiq silahlılar arasında baş verən toqquşmalar nəticəsində onlarla insan həlak olub, çox sayda yaralı var.

Olaylar.az xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələrinin mənbəsi bildirib ki, müxtəlif silahlı pusqularda 15 təhlükəsizlik əməkdaşı öldürülüb. Hücumlar cümə axşamı Latakiyanın kənd ərazilərində, Cəblə şəhəri yaxınlığında baş verib. Bu bölgə Əsəd ailəsinin mənsub olduğu ələvilərin əsas mərkəzi hesab olunur.

Yeni hakimiyyətin repressiyalarından narazı qalan üsyançılar sahil bölgəsində "Sahil qalxanı" adlanan hərəkat yaratdıqlarını elan ediblər. Latakiya və Tartus şəhərlərində komendant saatı tətbiq edilib.

Bəzi mənbələr isə Türkiyə qoşunlarının Suriyaya daxil olduğu barədə məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
27
olaylar.az

10Источники