Azərbaycan UEFA reytinqində 30-cu pilləyə geriləyib.Manset.az xəbər verir ki, bu, qitə kuboklarında 1/8 final mərhələsinin ilk oyunlarından sonra gerçəkləşib. Avrokuboklarda təmsil olunmayan ölkəmizin əmsalı 19,625-ə bərabərdir. 29-cu pillədə qərarlaşan Bolqarıstanın 19.875 əmsalı var. Sloveniya (19.968) iki pillə irəliləyərək 28-ci yerə yüksəlib.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (107,910) başçılıq edir.