Bakı, 7 mart, AZƏRTAC
“Kəpəz”in futbolçusu Trent Buhagiar milliyə dəvət alıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, yarımmüdafiəçi Malta millisinin dünya çempionatının seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.
Malta kollektvi G qrupunda martın 21-i evdə Finlandiya, 24-ü isə səfərdə Polşa ilə qarşılaşacaq.