RU

"Tramp Ukraynanı kapitulyasiya məcbur edir"

"Tramp

ABŞ prezidenti D.Tramp Ukraynaya Rusiya ilə atəşkəsə getdikdən sonra mineral ehtiyatlarla bağlı müqavilə imzalayacağinı vurğulayıb. Göründüyü kimi, D.Tramp Ukraynanı kapitulyasiya məcbur edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırdıqdan sonra Rusiya Ukraynaya kütləvi raket zərbələri endirir. Bu zərbələr D.Trampın razılığı ilə Kiyevi təslim olmağa məcbur etməkdir. Buna səbəb Ukraynaya atəşkəsə get deyən D.Tramp Rusiyanın bu kütləvi raket zərbələrinə səssiz qalır:

"ABŞ administrasiyası Ukraynanı Rusiyaya təhvil verməklə, Vaşinqtonun geopolitik mövqeyini sarsıdır. Demək olar ki, Avropa ilə ABŞ arasında siyasi və təhlükəsizlik bağları sona çatdı. Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə Ukrayna məsələsində həlledici rol almasalar, Rusiya Ukraynanı D.Trampın razılığı ilə işğal edəcək. Türkiyə Qara dənizdə öz təhlükəsizliyini təmin etmək üçün Ukraynaya sülhməramlı göndərməsi danışıqlar prosesinin əsas predmeti olacaq. Avropa ölkələri iki ay ərzində qətiyyətli mövqe ortaya qoymasa, Ukraynaya ordu göndərməsə, Kiyev süqut edəcək".

Cavid

Избранный
21
2
xalqcebhesi.az

3Источники