RU

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Bu gün FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib.

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların xəbərdar edilməsi və qarşısının alınması sahəsində koordinasiyanın təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə Operativ Media -ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Quba və Qusar Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov rayon icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə çıxışında fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyasının əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edənlər mövzuya dair aidiyyəti üzrə məlumatlar veriblər. Çıxışlarda yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsi zamanı yaşayış massivlərindəki süni maneələrin yaratdığı çətinliklər və s. məsələlərə toxunulub.

Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Избранный
5
4
operativmedia.az

5Источники