Ombudsman qeyd edib ki, başçəkmələrdən 108-i plandankənar olub: "Başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial qaydada qəbul edilmiş, onların hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri araşdırılıb, bəzi məsələlər yerində həll olunub, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılıb.
Həmin müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığının olduğu, vakant ştatların komplektləşdirilməsinə ehtiyacın yarandığı müəyyən olunub".
S.Əliyeva vurğulayıb ki, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha effektiv təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif olunur:
"Bundan başqa, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir".