RU

Britaniyanın qadın baş nazirini ağladan oğlan

Britaniyanın qadın baş nazirini ağladan oğlan

Marqaret Tetçer İngiltərənin və dünyanın ən tanınmış siyasətçilərindən biridir. 1979-1990-cı illər arasında İngiltərənin baş naziri olmuş, ölkəni bir çox daxili və xarici sınaqlardan keçirmiş və ardında təkcə siyasi bir iz deyil, həm də çox dərindən hiss olunan bir mədəniyyət mirası qoymuşdur. Onun siyasət sahəsindəki sərt və qərarlı yanaşmaları, bəzilərini təsirləndirərkən, bəzilərini isə tənqidə məruz qoymuşdur. Amma hər halda, Marqaret Tetçer həm də "Dəmir Ledi" ləqəbi ilə tanınan, azadlıq və müstəqillik uğrunda mübarizə aparan güclü bir qadın fiquru olaraq tarixdə qalacaq.
Qlobal.net "Dəmir Ledi"nin başına gələn bir əhvalatı təqdim edir:

“İlk dəfə 19 yaşımda ikən o, məni Marqo çağırdı… Sonra biz ayrıldıq. O getdi. Getdiyi gündən heç kəsin məni o adla çağırmasına icazə vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı camaatın içindən “Marqo” çağıran bir səs eşitdim. Qocalmış, əynində dilənçi günündə kürkü olan biri idi. O, idi. Marqo çağırırdı əvvəlki kimi. Heç nə demədim.
Oteldəki otağıma keçib ağladım. Və onda anladım ki, mən Dəmir-filan deyiləm, sadəcə qadınam!”

Fidan
Qlobal.net
Избранный
40
qlobal.net

1Источники