RU

Dövlət Vergi Xidmətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Dövlət Vergi Xidmətində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə DVX-də rəhbər vəzifələrdə çalışan xanımlar üçün xüsusi tədbir təşkil edilib.

DVX-nin rəisi Orxan Nəzərli xanım əməkdaşları təbrik edib, cəmiyyətdəki inkişafın təməlində duran qadınların fədakarlığını və zəhmətini vurğulayıb. Qadınların yalnız ailə mühitində deyil, həm də cəmiyyətdə, iqtisadiyyatda, sosial sahələrdə və dövlət qurumlarında rolunun artığını bildirən DVX rəisi vergi xidmətində çalışan bütün xanımların əzmini və peşəkarlığını yüksək qiymətləndirib, vergi sahəsindəki uğurların əldə edilməsində onların töhfəsini qeyd edib. Bildirib ki, vergi xidmətində gender bərabərliyinin təmin olunması və xanım əməkdaşların sayının artırılması mühüm hədəflərdən biridir.
Tədbir "Qadınların Gücü və Birliyi" adlı təlimlə davam edib. Təlimdə tanınmış spikerlər qadınlar üçün maraqlı təqdimatlarla çıxış ediblər. Tədbirdə qadınların güclü və müstəqil liderlər olması üçün lazım olan psixoloji dayanıqlıq, stresə davamlılıq kimi mühüm məqamlara toxunulub, karyera inkişafı üçün effektiv strategiyalar və şəxsi həyatla iş arasında balans yaratmağın vacibliyi qeyd edilib, özgüvəni artırmağın və ictimai çıxışları mükəmməl şəkildə idarə etməyin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində xanım əməkdaşlara gül dəstələri təqdim olunub, xatirə şəkli çəkdirilib.

Избранный
98
22
vergiler.az

10Источники