RU

Avroliqa: “Fənərbağça” səfərdə İtaliya klubunu məğlub edib

Bakı, 7 mart, AZƏRTAC

Basketbol üzrə Avroliqada XXVIII turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə İtaliyanın “Emporio Armani Milan” komandası ilə qarşılaşıb. Görüş qonaqların 100:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunların nəticələri

“Baskoniya” (İspaniya) – “Jalgiris” (Litva) – 66:

“Bavariya” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) – 100:82

“Panatinaikos” (Yunanıstan) – “Real Madrid” (İspaniya) – 85:70

Qeyd edək ki, hazırda “Fənərbağça” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Избранный
4
azertag.az

1Источники