RU

Özbək futbolçu 1/8 finalın qəhrəmanı oldu

Avropa Liqası 1/8 finalının “Roma” -  “Atletik” matçı (2:1) İtaliya komandasının özbəkistanlı futbolçusu Eldor Şomurodov üçün uğurlu olub.

Yenisabah.az xəbər verir ki, 29 yaşlı hücumçu 71-ci dəqiqədə meydana girib. Bu zaman tabloda hesab 1:1-i göstərirdi. 90+3-cü dəqiqədə Eldor komandasının qələbə qolunu vurmaqla görüşün qəhrəmanı olub və cavab matçı üçün komandasına kiçik üstünlük qazandırıb.

“Əsas mənim qol vurmağım deyil, qalib gəlməyimiz. Arxayınlaşmaq olmaz. Qarşıda hələ cavab oyunu var. Amma biz sakitik. Bilbaoda keçiriləcək cavab oyununa yaxşə əhval-ruhiyyə ilə hazırlaşmalı və qalib gəlmək üçün oynamalıyıq”, - deyə oyundan sonra o qeyd edib.

Eldor Şomurodov bu mövsüm “Roma” ilə bütün turnirlərdə 25 oyunda iştirak edib, 5 qol vurub, 3 qolun isə ötürməsini edib.


Telegram kanalımız
Избранный
25
2
yenisabah.az

3Источники