RU

Tramp Maskın bu səlahiyyətini məhdudlaşdırdı – “O, tövsiyələr verə bilər”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın kadr siyasəti ilə bağlı birtərəfli qərarlar qəbul etmək səlahiyyəti yoxdur, lakin o, departamentlərə tövsiyələr verə bilər.

“Politico” yazır ki, Tramp bunu Maskın özünün də iştirak etdiyi görüşdə dövlət departamentlərinin rəhbərlərinə deyib.

Bu görüşün milyarderin kütləvi ixtisarları və dövlət işçilərinə təhdid dalğasından sonra baş tutduğu və Trampın bu bəyanatının “Maskın mandatının məhdudlaşdırılması istiqamətində ilk ciddi addım” olduğu qeyd edilir.

“Prezidentin yeni rəhbərliyi altında DOGE və onun işçiləri sırf məsləhət rolunu oynayacaqlar, departament rəhbərləri kadrlar, siyasət və islahatların sürəti ilə bağlı yekun qərarlar qəbul edəcəklər”, - hesabatda deyilir.

Tramp vurğulayıb ki, o, ixtisaslı mütəxəssislərin kütləvi şəkildə ixtisar edilməsini istəmir, lakin onları hökumət aparatında saxlamağa çalışır.

ABŞ prezidenti daha sonra “Truth Social” sosial şəbəkəsində yazıb ki, hər iki həftədən bir belə görüşlər keçirməyi planlaşdırır.

“Nazirlər öz departamentlərində işləyən insanlar haqqında daha çox məlumat əldə etdikdə, kimin qalıb, kimin getdiyini daha dəqiq müəyyən edə biləcəklər. Biz baltadan yox, neştərdən istifadə edirik. Mask və digər görkəmli insanlarla birlikdə tarixi nəticələrə nail ola bilərik", - ABŞ prezidenti qeyd edib.

Mask daha sonra Trampın mesajını yenidən dərc edərək görüşü “çox məhsuldar” adlandırıb. O, həmçinin yeni qaydalarla razılaşdığını bildirib. 

Nəşr qeyd edir ki, yeni sərəncamın işdən çıxarılan işçilərin işə qayıtmasına icazə verib-verməyəcəyi hələ məlum deyil.

“AzPolitika.info”

Избранный
19
azpolitika.info

1Источники