Aralıq dənizində baş verən 3,9 bal gücündə zəlzələdən sonra Qara dənizdə də zəlzələ baş verib. AFAD-ın məlumatına görə, zəlzələnin maqnitudası 3,4 bal olub.
Publika.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, saat 00:20-də baş verən yeraltı təkan 6,91 kilometr dərinlikdə olub.
Bu da bəzi narahatlıqlara səbəb olub. Dağıntı və təlafat haqda məlumat verilmir.