RU

Kobaxidze Berdiməhəmmədovla görüşüb

Gürcüstan və Türkmənistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) qarşılıqlı əlaqəsinin və inkişafının əhəmiyyətini vurğulayır.

“İki sahil” Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ ölkənin Baş naziri İrakli Kobaxidze ilə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov arasında keçirilən görüşdə müzakirə olunub.

Danışıqlar zamanı tərəflər nəqliyyat və energetika sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Gürcüstanın Baş naziri öz növbəsində ölkəsinin tranzit rolunun daha da gücləndirilməsinə yönəlmiş nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi barədə danışıb.

Избранный
17
ikisahil.az

1Источники