RU

“Neftçi” rəsmiləri şəhidlərin ruhuna hörmətsizlik ediblər? - Tovuzdakı insidentin təfərrüatı / VİDEO

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçında (1:0) insident yaşanıb.


Matçın 44-cü dəqiqəsində ənənəvi olaraq Vətən Müharibəsinin şəhidləri anılıb. Bu zaman qarşılaşmanın keçirildiyi Tovuz şəhər stadionunda olan azarkeşlər torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi ayaq üstə "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə anıblar.


Ancaq "Neftçi" rəsmiləri üçün ayrılan sektorda əyləşən klub nümayəndələri ayağa qalxmayıblar. Bu da yerli azarkeşlərin xoşuna gəlməyib. Onlar qonaq komandanın rəsmilərinə iradlarını bildiriblər. Bu zaman tərəflər arasında mübahisə yaşanıb. Nəticədə polis əməkdaşları müdaxilə edərək tərəfləri sakitləşdiriblər.


Məsələ ilə bağlı "Neftçi" klubunun media üzrə koordinatoru Rüstəm Əfsərli ilə əlaqə saxladıq. Klub rəsmisi insidentlə bağlı bunları dedi:


"Biz nə baş verdiyini ümumiyyətlə başa düşməmişdik. Ayaq üstə durmalı olduğumuzu bilmirdik. Bizim stadionda belə bir adət yoxdur. Başqa bir stadionda da belə adət görməmişəm. İrad bildirdilər, kiçik bir mübahisə yaşandı. Məncə, şişirdiləsi, müzakirə ediləsi bir şey yoxdur".

//publika.az


Избранный
59
2
referans.az

3Источники