RU

Sumqayıt 16 saylı məktəbində məcburi 8 Mart yığımı - İmkansız valdeyn direktorda nazirə şikayətçi oldu

"Sabah 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Sumqayıt 16 saylı məktəbdə bu bayramla bağlı canlanma müşahidə edilir. Məktəbin direktorunun təlimatı ilə həmin gündə məktəblərdə pedaqoji fəaliyyət göstərən xanım müəllimələri təbrik etmək üçün artıq valideynlər tərəfindən pul yığma prosesinə start verilib. Təhsil müəsisələrində əksəriyyətin qadın müəllimlər olduğunu nəzərə alsaq bu işin bir az baha başa gəldiyini görürük. Bu işin məktəblərdə təşkili əsasən sinif müəllimlərinin  və valideyn komitələri tərəfindən həyata keçirilir. Yəni hər sinifdə valdeyn komitələsi fəaliyyət göstərir. Ən bahalı hədiyyə isə direktora veriləcək.Özünü müəllimlər yanında yaxşı göstərmək və övladının yerini “şirin salmaq” üçün valideynlər pul yığma kompaniyasında fəal iştirak eedir və pul yığımı bu gün başa çatır..." deyə saytın elektron ünvanına müraciət edən valideyn bildirib.

 

 Yığılan məbləğə imkanı olmadığını deyən imkansız valdeynin müraciətində: Valideyin komitəsi tərəfindən pul yığımının məcbur edildiyi və bir çox valideyin bu işdə könülsüz iştirak edir. Burada mənim kimi imkansız ailələr də bu prosesə qoşulmağa məcbur olunurlar. Çünki onlar uşaqlarının məktəbdə problemlə üzləşməməsi üçün başqa çarələrinin olmadığını gördükləriüçün pul verirlər. Yaxşı imkanı olan valideyinlər isə direktor və müəllimlərə fərdi olaraq bahalı hədiyyələr almaqla öyünürlər. Sumqayt ümumtəhsil müəssisələri arasında yığılan pulun miqdarı 16 saylı məktəbdə yığılanla müqayisədə böyük fərq var. Belə ki,  burda  çalışan müəllimələr üçün pul yığımı zaman elit düşüncə öz sözünü deyir. Yəni, burda imkanlı müəllimlər işləyir və məktəbdə də çox sayda imkanlı ailənin uşaqları təhsil almaqdadı. Bu səbəbdən burada qarşı tərəfi sevindirmək və bayramın xoş keçməsi üçün çox pul yığılmı həyata keçirilir. Məktəb direktoru nə Elm və Təhsil nazirinin tələbləini, nədə ki, Abşeron - Xızı Regional Təhsil idarəsinin töfsiyələrini  eşitmək istəyir. Biz nazirdən və  Abşeron - Xızı RTİ-nın xanım müdirindən xahiş edirik ki, Sumqayıt 16 saylı məktəbində baş alıb gedən rüşvətin qarşısını alsınlar və tədbir görsünlər..."

Mövzu diqqətimizdədir

Sənubər 

Paytaxt.org

Избранный
53
paytaxt.org

1Источники