RU

Özünüməşğulluqda qanunvericilik təkmilləşdirilməlidir - Ombudsman

“Aztəminatlı ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”.

Demokratikmusavat.comxəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva parlamentdə 2024-cü ilin hesabatını təqdim edərkən deyib.

O əlavə edib ki, xüsusilə də özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.

“Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər”, - S. Əliyeva qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
28
Demokratikmusavat.com

1Источники