RU

"Barsa"nın ulduzundan emosional paylaşım: Boşandılar

Uğursuzluqlar Mark-Andre ter Ştegeni təkcə meydanda deyil, həm də şəxsi həyatında təqib edir.

Publika.az xəbər verir ki, ağır zədədən sonra "Barselona"nın qapıçısı daha bir problemlə - boşanma ilə üzləşib.

Ter Ştegen 8 illik evliliyindən sonra həyat yoldaşı Danieladan ayrıldığını açıqlayıb. O, sosial mediada emosional paylaşım edərək bunun çətin bir qərar olduğunu, lakin ayrı-ayrılıqda irəliləməyə qərar verdiklərini bildirib.

Cütlük ümumilikdə 13 ildir birlikdədir. OnlARIN Ben və Tom adlı iki oğlu var. Onların ən kiçik övladı cəmi 1 il əvvəl, 2024-cü ilin fevralında dünyaya gəlib.

Publika.az

Избранный
9
publika.az

1Источники