RU

Bədbəxt hadisə - ehtiyatsızlıqdan atasını öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.

Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb. E.Bağırlı tutulub.

Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
52
18
olke.az

10Источники