RU

Bəzi dövlət qurumları ombudsmanın məruzəsindən nəticə çıxarmalıdır – Deputat

Bakı. Trend:

Məsələyə bir qədər analitik baxmaq lazımdır. Məruzə hüquqi vəqiymətləndirmə indikatorları ilə çox zəngindir.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu günkeçirilən plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2024-cüildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsininmüzakirəsi zamanı çıxışında deyib.

Millət vəkili bildirib ki, vətəndaş müraciətlərikateqoriyalaşdırılır, yəni hansı sahədə nə qədər problem var.

“Biz o vaxt bu məruzənin əsl mahiyyətinə uyğun hərəkət etmişolacağıq ki, sahələr üzrə insan hüquqları problemləri ilə məşğulolan dövlət qurumları bu məruzədən nəticə çıxarsınlar. Hansısahələrdə daha çox problemlərin olduğu təhlil edilməlidir. Bunauyğun olaraq da növbəti il necə etməliyik ki, İnsan Hüquqları üzrəMüvəkkilin məruzəsində müəyyən sahə üzrə müraciətlərin sayı daha azolsun. Əks təqdirdə, hər il belə məruzələr olacaq. Uyğuntəşkilatlar, uyğun idarəetmə strukturları bununla bağlı ölçügötürməsələr, statistik göstərici kimi bir kənara qoysalar,müraciətlərin sayı daha da artacaq”, - deyə o qeyd edib.

Məqalədə:
Избранный
24
az.trend.az

1Источники