RU

Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır-Komitə sədri

"İnsan Hüqaqları üzrə Müvəkklin məruzəsində Ombudsmanın informasiyanın əldə olunması, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verilib. Burada xüsusi vurğulayaq ki, Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf  maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib: Məsələn, Abzas.media layihəsi əsla KİV  deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır. BBC, "Amerikanın Səsi", "Rossiya seqodnya" və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır. 

HRW, Freedom House  və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır.

BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
8
olaylar.az

8Источники