RU

Tuncay Şanlı azərbaycanlı oyunçunun baş məşqçisi oldu

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin komandası “Çorum”a yeni baç məşqçi təyin edilib.

QOL.az xəbər verir ki, bu vəzifəyə Türkiyənin məşhur futbol adamı Tuncay Şanlı gətirilib. Bu barədə klubdan məlumat verib. 43 yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi bu gün Çorum şəhər stadionunda keçiriləcək.

Tuncay Şanlı 2024-25 mövsümündə bir neçə ay “Ümraniyespor”da işləyib.

Qeyd edək ki, “Çorum” təmsilçisi bu həftə baş məşqçisi olmuş Serkan Özbalta ilə yolları ayırıb.

1-ci liqada yarışan “Çorum” hazırda turnir cədvəlində 28 oyundan 39 xalla 11-ci yeri tutur.

Избранный
15
teleqraf.com

1Источники