Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat pul və tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı O.Nəbiyev müəyyən edilərək saxlanılıb.