RU

“Azəryaşlandşaft” auditor seçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.

Qalib şirkətə 1 929 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2 788 manat ödənilib.

Избранный
16
3
sia.az

4Источники