RU

Bu ölkələrin ABŞ-a girişi qadağan ediləcək – SİYAHI

ABŞ prezidenti Donald Trampın administrasiyası bir sıra ölkələrin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması imkanını nəzərdən keçirir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən “qırmızı siyahı”ya düşə bilər.

Ola bilsin ki, bu siyahıya Əfqanıstan da daxil olsun.

Eyni zamanda məlumdur ki, Tramp administrasiyası Amerika tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirməyə başlayıb.

Tramp “ölkədə qanuni olmayan bütün şəxsləri” ABŞ-dan deportasiya etmək niyyətindədir.

İlin əvvəlində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi hansı ölkələrdən neçə miqrantın deportasiya edilməli olduğu ilə bağlı siyahı dərc edib. Xidmətin məlumatına görə, deportasiyanın səbəbləri müxtəlifdir.

Məlumata görə, ABŞ 2808 Ermənistan və 709 Azərbaycan vətəndaşını, o cümlədən 337 Rusiya və 845 Yuqoslaviya vətəndaşını deportasiya edəcək.

Rusiyadan 3518, Türkiyədən isə 3103 vətəndaş deportasiya ediləcək.

ABŞ həmçinin 38 677 Braziliya vətəndaşını, Çin isə 37 908 vətəndaşını deportasiya edəcək.

 

 

Dəniz

Избранный
23
tribunainfo.az

1Источники