Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinin lazım gələrsə Vaşinqtona yardım edib-etməyəcəyi ilə bağlı şübhələrinə cavab olaraq, Avropanın bunu mütləq edəcəyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Makron Fransanın ABŞ-ın sadiq müttəfiqi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Paris həmişə Vaşinqtona hörmət və mehribanlıqla yanaşır, ABŞ-dan da eyni münasibəti gözləyir.
"Biz həmişə bir-birimizi müdafiə etmişik. Avropalılar Əfqanıstanda sizinlə idilər", deyə Makron xatırladıb.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin lazım gələrsə, ABŞ-ı müdafiə etməyə hazır olmasına şübhə etdiyini bildirib. Tramp əlavə edib ki, Birləşmiş Ştatlar onun prezidentliyi dövründə birgə müdafiə üçün lazımi miqdarda vəsait ayırmayan alyans ölkələrini müdafiə etməyəcək.
Poliqon.info