RU

Almatı hava limanında işçi girov götürüldü: Qadını öldürməklə hədələdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almatı Beynəlxalq Hava Limanında uçuşdan əvvəl sərnişinlərin yoxlama zonasında insident baş verib.
Oxu.Az xəbər verir ki, məlumatı Almatı Beynəlxalq Hava Limanının mətbuat xidməti də təsdiq edib.
Belə ki, terminalın ərazisində özünü sərnişin kimi təqdim edən şəxs sənədlərini göstərməkdən imtina edərək, işçini saçından tutub və bıçaqla hədələməyə başlayıb.
Bir neçə dəqiqədən sonra qadını bıçaqla hədələyən şəxs polislərin və aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Aeroportun mətbuat xidməti əlavə edib ki, hücum edən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib, hadisənin baş vermə səbəbləri araşdırılır.
Избранный
18
oxu.az

1Источники