RU

Maskın aktivləri ötən ilin dekabrından bəri 121 milyard dollar azalıb

Bakı, 7 mart, AZƏRTAC

“Tesla” səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından sonra İlon Maskın sərvəti bir gündə 8,8 milyard dollar azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The İndependent” qəzeti məlumat yayıb. Bununla belə, hazırda dünyanın ən varlı adamı olan Mask reytinq siyahısında ən yaxın izləyicisindən 116 milyard dollar öndədir.

Şirkətin səhmlərinin qiyməti ABŞ Prezidenti Donald Trampın hissələrin idxal olunduğu Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən, həmçinin “Tesla”nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara yüksək rüsum tətbiq olunmasından sonra düşüb. Belə ki, dekabrda bir səhmin qiyməti 479 dollara çatmışdı. Dünən ticarətin sonunda isə 261 dollara düşüb.

Qəzetin məlumatına görə, İlon Maskın aktivləri 2024-cü ilin dekabrından bəri ümumilikdə 121 milyard dollar azalıb, lakin onun planetin ən varlı adamı statusunu itirməsi üçün daha 116 milyard dollar itirməsi lazımdır. Aktivlərinə görə Maskdan sonra ikinci ən varlı şəxs sərvəti 226,7 milyard dollar dəyərində qiymətləndirilən “Meta” Korporasiyasının baş direktoru Mark Sukerberqdir.

 

Избранный
17
2
azertag.az

3Источники