RU

Sosial media fenomeni həyatını itirdi

Sosial media fenomeni həyatını itirdiMardində yolu keçmək istəyərkən cipin vurduğu sosial media fenomeni İsmail Öztekin (58) həyatını itirib.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Öztekin sosial şəbəkədə "Dünya boş, bak" adlı videosu ilə tanınıb.

Öztekin ağır yaralanarkən, ihbar üzərinə hadisə yerinə tibbi və polis qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra Mardin Təhsil və Araşdırma Xəstəxanasına çatdırılsa da həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Cip sürücüsü saxlanılarkən, Öztekinin cəsədi tibbi ekspertiza üçün xəstəxana meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Избранный
20
sonxeber.az

1Источники