Bakı. Trend:
Hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimələrartırılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda nəzərdə tutulmuşvəzifələrini icra etməməsinə, yəni vətəndaşlar ehtiyatakeçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbiqeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanınagəlməməsinə; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbiqeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyatadurmamasına; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerinidəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiqicra hakimiyyəti orqanına məlumat verməməsinə görə 100manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyəəsasən, 30 manat məbləğində cərimə tətbiqedilir.
Çağırışçıların və hərbi vəzifəlilərin Məcəllənin 604-cümaddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdətutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə(tibbi şəhadətləndirmə), hərbi hissələrə təhkim edilmə, müvafiqtoplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyətiorqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxudişin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla160 saatdan 240 saatadək ictimai işlər tətbiqolunacaq.
Yuxarıda göstərilmiş inzibati xətanı törətmiş şəxs barədəməhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azadolunacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.