Bakı. Trend:
Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatınverilməməsinə görə də cərimələr artırılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərinhərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılaravə hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanınaçağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırışməntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçiliktörədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan800 manatadək məbləğdə cərimə ediləcək.
Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 80manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər200 manatdan 400 manatadək məbləğdə cəriməedilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.