RU

Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərin maaşına əlavə ediləcək

Bakı. Trend:

Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərinmaliyyə və maddi təminatı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilənplenar iclasında müzakirə olunan “Hərbi vəzifə və hərbi xidməthaqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında”Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinəəsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplananvəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə(tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun)hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydasımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən ediləcək.

Yuxarıda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən tətbiq edilən cərimələr” dedikdə müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənbaxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında işüzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokoltərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibatixətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başadüşülür.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.

Избранный
47
az.trend.az

1Источники