RU

AYNA marşrut xəttini sahibkarın əlindən alacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Neftçilər prospektində qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb.

AYNA-dan verilən məlumata görə, bu gün Neftçilər prospektində qəzaya uğrayan “Daewoo” markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur:

“İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb”.

53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Избранный
74
14
yenigundem.az

10Источники