RU

"Rusiya ölkənin enerji və qaz infrastrukturunu hədəfləyir"

"Rusiya

Ukraynanın energetika naziri German Qaluşenko Rusiya ordusunun Ukraynanın enerji və təbii qaz infrastrukturuna hava hücumu təşkil etdiyini bildirib.

O, açıqlamasında bildirib: "Ukraynanın müxtəlif bölgələrində enerji və qaz infrastrukturu növbəti dəfə intensiv raket və pilotsuz uçuş aparatından atəşə tutulub. Xilasetmə qrupları və enerji mühəndisləri mümkün olan hər yerdə bu fəsadları aradan qaldırmağa çalışır. Enerji və qaz təchizatını sabitləşdirmək üçün bütün lazımi tədbirlər görülür. Rusiya enerji və qaz hasilatı obyektlərini bombalamaqla ukraynalılara əziyyət verməyə çalışır, bizi işıqsız, istiliksiz qoyaraq vətəndaşlara ən böyük ziyanı vurmaq məqsədindən əl çəkmir. Lütfən, təhlükə davam etdiyi müddətcə sığınacaqlarda qalın. Enerji sistemində vəziyyət dəyişə bilər. Rəsmi elanları izləyin”.

Избранный
11
xalqcebhesi.az

1Источники