RU

“AzerGold” və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbərliyi qeyri-filiz yataqlarına baxış keçirib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov vəEkologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət MineralXammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədriSamir İdayətov Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən bir sıraqeyri-filiz yataqlarına baxış keçirib, sahələrdə istismar işlərihəyata keçirən sahibkarlarla görüşüblər.

Ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarındanistifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə təkliflərinhazırlanması prosesi çərçivəsində Qax, Oğuz və Qəbələ rayonlarındatəşkil edilən görüşlərin məqsədi sahələrdəki mövcud vəziyyətləəyani tanışlıq, sahibkarların təkliflərinin dinlənilməsi, yenitəşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlinümayəndələrinin, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyibeynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkətinintəmsilçisinin iştirakı ilə keçirilən görüşlər zamanı qeyri-filizfaydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar sənədləşməişləri və bazar iştirakçılarının qarşılaşdıqları çətinliklərləbağlı müzakirələr aparılıb. Görüşlərdə sahibkarların suallarıcavablandırılıb, rəy və təklifləri qeydə alınıb. Sahə üzrəixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davametdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.

Bildirilib ki, aparılan təhlillərin əsas məqsədi bu istiqamətüzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarətmexanizmlərinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi iləfəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblərəsasında təşkil edilməsi, yerli sahibkarların fəaliyyəti üçünəlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılmasıilə regionlarda məşğulluğun artırılmasına töhfələrinverilməsidir.

Qeyd edək ki, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən cariilin əvvəlindən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, ŞərqiZəngəzur və digər iqtisadi rayonlara da səfərlər təşkil edilərək,70-dən çox yatağa baxış keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamaəsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalqməsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntıyataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi,müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindənasılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlıtəkliflərini dörd ay müddətində hazırlayıb AzərbaycanRespublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerlistandartların təkmilləşdirilməsi üçün təkliflərini altı aymüddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, buSərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruritədbirlər görməlidir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Məqalədə:
Избранный
15
14
az.trend.az

10Источники