RU

Ombudsman: Yaşayış yerinə qeydiyyatda problemlər var

Tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında hələ də çatışmazlıqlar qalmaqdadır. 

Ölkə.Az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva parlamentdə çıxışı zamanı deyib.

O əlavə edib ki, ictimai nəqliyyat infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsinə diqqətin artırılmasına, yerüstü və yeraltı keçidlərin, habelə  metro stansiyalarının onların sərbəst hərəkəti üçün uyğunlaşdırılmasına və ya yenidən qurulmasına ehtiyac var: “Yol infrastrukturunun təkmilləşdirilməsi və ya yenidən qurulması məqsədilə aparılan işlərdə əlilliyi olan şəxslərin istifadə imkanlarının nəzərə alınması olduqca vacibdir”.

Aztəminatlı insanların mənzillə təmin olunmasına toxunan Ombudsman bildirib ki,  mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi, mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədəmüvafiq hesab olunur.

O eyni zamanda bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsini də zəruri hesab edib.

Mürtəza 
Ölkə.Az
[11:48, 07.03.2025] Samir Mirzə: "Vəsatətimizlə 15 məhkum əfv edilib"

Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilib.

Ölkə.Az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərmiş, həmin komissiyanın iclaslarında iştirak edib. 

Mürtəza
Ölkə.Az

Избранный
12
2
olke.az

3Источники