RU

Hətta ömürlük məhkum həbsxanadan çıxa bilər, amma... - “Bu, əvvəlcə sübut olunmalıdır”

“Əgər məhkum xəstədirsə və sağalmaz xəstəliyə tutulubsa, bununla bağlı komissiya təşkil olunur. Komissiyanın rəyi hazırlanır, daha sonra bu rəy məhkəməyə təqdim edilir. Məhkəmə qərar qəbul edir və həmən məhkum xəstəliyi ilə bağlı cəzadan vaxtınan əvvəl azad olunur”.

Bunu "Yeni Sabah"a “Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev bildirib.

O qeyd edib ki, həmin xəstəliklərin konkret siyahısı var:

“Ədliyyə, səhiyyə və daxili işlər nazirliklərinin bununla bağlı birgə qərarı var. Xəstəliklərin adı və hansı xəstəliklərlə bağlı məhkum vaxtından edilməsi ilə bağlı siyahı tərtib edilib. Bu siyahıda yoluxucu xəstəliklər, vərəmin ağır forması, HİV sindromu, onkoloji xəstəliklər, bütün bədxassəli şişlər, endokrin sistemi xəstəlikləri yer alır.

Əgər məhkum xəstədirsə, sağalmaz xəstəliyə tutulubsa, bununla bağlı komissiya təşkil olunur. Komissiyanın rəyi hazırlanır və daha sonra bu rəy məhkəməyə təqdim edilir. Məhkəmə qərar qəbul edir və həmən məhkum xəstəliyi ilə bağlı cəzadan vaxtınan əvvəl azad edilir. Bu məhkəmənin səlahiyyətinə aiddir.

Amma bunun üçün əvvəlcə məhkumun xəstəliyi sübut olunmalı, xəstəliyin sübutu üçün isə komissiya qərar qəbul etməlidir. Hər bir halda konkret şəraitə baxılır. Hər hansı məhkumun xəstəliyi ilə bağlı azad edilməsi proseduru bundan ibarətdir”.

Əliməmməd Nuriyev qeyd edib ki, bu məsələdə cinayətin növündə baxılmır:

“Burada artıq hansı cinayət törətməsindən asılı olmayaraq, məhbusun azadlığa buraxılması baş verə bilər. Söhbət xəstəliyin növündən gedir. Əgər nəzərdə tutulmuş siyahıda olan xəstəlik və komissiyanın rəyi varsa, bu barədə məhkəmə qərar verir. Yəni burada məhkumun hansı növ cinayət işləməsi ilə bağlı fərq qoyulmur. Bu sağlamlıq vəziyyəti ilə bağlı olan məsələdir və məhkəmə həmin mövzuda kompleks qiymətləndirmə aparır”.

Избранный
9
1
turkustan.az

2Источники