RU

Kanada ABŞ-a qarşı ikinci mərhələli tarifləri müvəqqəti dayandırır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kanada 2 aprelədək ABŞ-dən idxal edilən 4 000-dən çox məhsula tətbiq olunacaq ikinci mərhələli tarifləri təxirə salır. Bu barədə Kanadanın maliyyə naziri Dominik Leblan sosial şəbəkə X-də yazıb, - CNN xəbər verir.

"ABŞ, CUSMA çərçivəsində Kanadadan ixrac olunan mallara tətbiq edilən tarifləri 2 aprelədək dayandırmağa razılaşıb. Buna cavab olaraq, Kanada da eyni tarixədək 125 milyard dollarlıq ABŞ məhsullarına tarif tətbiq etməyəcək. Eyni zamanda, bütün tariflərin ləğvi üçün işimizi davam etdiririk", - deyə Leblan bildirib.

Bu qərar, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikanın 2 aprelədək bəzi tariflərdən azad ediləcəyini elan etməsindən sonra verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники