RU

"Qızımla rəfiqə ola bilmərəm"

"Ailə həyatı qurandan sonra danışmaq öyrəndim. Bunu etiraf edirəm. Böyüdüm, bu başqa. Özümü uşaqlarla böyütdüm, mənə sərf etdi. Həyata onların pəncərəsindən baxmaq başqadır".
 
Bu sözləri müğənni İradə İbrahimova "İncə səhər" verilişində deyib. Sənətçi övladlarından danışıb: 
 
"Qızımla rəfiqə ola bilmirəm. Unutmamalıdır ki, qarşısındakı anasıdır. Rəfiqələri olacaq, mən ola bilmərəm. Mən ona doğru yolu göstərməliyəm. Nəyisə rəfiqə alqışlayar. Mən isə doğru nəsə görməsəm, alqışlaya bilmərəm. Hər zaman deyirəm ki, unutmayın, ananzam. Nə etsəniz də, səhvlərinizlə mənim qapıma gələcəksiniz. Sizi qəbul edəcək insan ailənizdir. Rəfiqə, qohum, qonşu sizi mənim sizi bağrıma basdığım kimi basa bilməz".
Избранный
21
moderator.az

1Источники