RU

Azərbaycanda enerji itkiləri 900 milyon kVt/saat azaldılıb

“Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə 2024-cü ildə Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin 900 milyon kilovat/saat azalmasına nail olunduğunu bildirib.

Finss.az xəbər verir ki, R.Yusifov enerji itkilərinin dinamikasının 2015-ci ildən etibarən 14 faizdən 8,5 faizə qədər azaldığını vurğulayıb.

Onun sözlərinə görə, bu göstəricilərin dünya miqyasında qabaqcıl ölkələrin nəticələrinə çatdırılması, qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir.

Bundan əlavə, R.Yusifov bildirib ki, Azərbaycanda elektrik şəbəkəsinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində yaradılıb və hal-hazırda şəbəkənin 60 faizə qədər hissəsinin yenidən qurulmasına ehtiyac duyulmaqdadır. Bu da enerji təchizatının davamlılığını və effektivliyini artırmaq məqsədini güdür.

Избранный
9
fins.az

1Источники