RU

Suriyada Yeni Hakimiyyət və Əsəd Tərəfdarları Arasında Toqquşma Baş Verib

BAKI,TurkicWorld

Suriyanın yeni hakimiyyətinə bağlı qüvvələr ölkənin sahilyanı bölgəsində devrilmiş prezident Bəşər Əsədə sadiq döyüşçülərlə ağır qarşıdurmalara girib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu, qarşıdurma dekabr ayında Əsədin devrilməsindən sonra ölkədə baş verən ən ciddi zorakılıq hadisəsi hesab edilir.

Toqquşmalar nəticəsində 70-dən çox insan həlak olub. Döyüşlər əsasən Lazkiye və Tartus liman şəhərlərində gedir, bu səbəbdən həmin ərazilərdə komendant saatı tətbiq edilib.

Silahlı qarşıdurmalar, hökumət qüvvələrinin Lazkiyədə təhlükəsizlik əməliyyatı zamanı pusquya düşməsi ilə başlayıb. Hadisədən sonra bölgəyə daha çox hərbi qüvvə cəlb edilib.

Sosial mediada yayılan videolarda şəhər küçələrində ağır silah səslərinin eşidildiyi görünür. Döyüşlər əsasən Suriyanın sahil bölgəsində, Ələvi icmasının əsas məskəni və Əsəd ailəsinin dayağı hesab edilən ərazilərdə cərəyan edir.

Hökumət qüvvələri keçmiş rejimə sadiq təxminən 70 döyüşçünü öldürüb, daha 25 nəfəri isə Cəblə və ətrafında əsir götürüb.

Hom və Hələbdə də silahlı qarşıdurmaların olduğu bildirilir.

Suriya Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Həsən Əbdül Ğani, dövlət mediası vasitəsilə Lazkiyədə döyüşən Əsəd tərəfdarlarına xəbərdarlıq edib.

"Minlərlə insan silahlarını yerə qoyaraq ailələrinin yanına qayıtmağı seçdi. Lakin bəziləri cinayətkarları müdafiə etməyə davam edir. Silahı yerə qoyun və ya qaçılmaz taleyinizlə üzləşin", – deyə o bildirib.

Bu toqquşmalar, keçid hökumətinin müvəqqəti prezidenti Əhməd əl-Şaranın üzləşdiyi ən ciddi təhlükəsizlik problemlərindən biri kimi qiymətləndirilir.

Избранный
26
32
turkic.world

10Источники