RU

Bu tədbir partiyalararası dialoqun inkişafına da kömək edir - Fazil Mustafa

Xankəndidə Prezident Administrasiyasının təşkil etdiyi səfərlər çox yüksək səviyyədə təşkil olunur və burada bu əraziləri görmək, işğaldan azad olunmuş torpaqlarımızı bir daha gözdən keçirmək, gəzintidə olmaq bir xoşbəxtlikdir. Biz bunu təsəvvür edə bilməzdik. İndi hər yerdə Azərbaycan bayrağı dalğalanır, hər yerdə quruculuq işləri gedir. Bu, bizim böyük bir Azərbaycan üçün fəxarətdir. 

Bu fikirləri “İki sahil” ə açıqlamasında siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfərində iştirak edən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Partiya sədri qeyd edib ki, biz də siyasi partiyalarla burada olan mənzərəni müşahidə etdikcə, özümüzün düşüncəmizi, dünyagörüşümüzü daha fərqli formada inkişaf etdiririk və bura ilə bağlı təşəbbüslərimizi formalaşdırırıq.

Bu tədbir həm də partiyalararası dialoqun inkişafına kömək edir, partiya təmsilçiləri, media nümayəndələri bir yerdə gələcək barədə düşünməsi fürsəti yaradır. Ona görə də çox faydalı bir tədbirdir və biz bundan ancaq bəhrələndik. Çox geniş gözəl bilgilər, təssüratlar əldə etdik.

Избранный
31
ikisahil.az

1Источники