RU

Közərmə lampası satanlar 4000 manatadək cərimə ediləcək

Bakı. Trend:

25 vatt və daha yuxarı gücə malik elektrik közərmə lampalarınınidxal, istehsal və ya satışına görə cərimələr müəyyənləşir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsasməqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdətutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyandövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25vatt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarınınidxalına, istehsalına və ya satışına görə inzibati xətanınbilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirəedilməklə, vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadəkməbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindəninzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir ilərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitəobyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə,vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadəkməbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik təsdiqlənəcəyi təqdirdə, 60 vatt və daha yuxarı gücəmalik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın1-dən, 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malikolan közərmə lampalarına münasibətdə isə 2026-cı il iyulun 1-dənqüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Избранный
15
17
az.trend.az

10Источники