RU

Dəmir yolunu keçiddən kənarda keçənlər 200 manat cərimələnəcək

Bakı. Trend:

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryolkeçidlərindən keçmə ilə bağlı qaydaların pozulmasına görə cərimələrmüəyyənləşir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçməqaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmiryollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə200 manat məbləğində cərimə ediləcək.

Yuxarıdakı xətanın inzibati tənbeh almış şəxs tərəfindəninzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir ilərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etməkhüququ 3 aydan 6 ayadək müddətəməhdudlaşdırılacaq.

Yuxarıdakı xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığınayüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manatməbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsiniidarə etmək hüququ 6 aydan 1 ilədək müddətəməhdudlaşdırılacaq.

Bundan əlavə piyadalar tərəfindən dəmir yolunun piyadalarınkeçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə40 manat məbləğində cərimə ediləcək.

At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürəntərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 80manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyəəsasən, 40 manat məbləğində cərimə tətbiqedilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Избранный
43
2
az.trend.az

1Источники