RU

Metil spirti, Qarışqa turşusu və ya qaraciyərimiz bizi necə zəhərləyir?

Metanol (CH₃OH) insan orqanizminə düşdükdə, qaraciyərdə alkoqol dehidrogenaza fermenti tərəfindən formaldehidə (HCHO), daha sonra isə qarışqa turşusuna (HCOOH) çevrilir. Qarışqa turşusu son dərəcə toksikdir,hüceyrələrin mitoxondrial funksiyasını pozaraq metabolik asidoza səbəb olur.

Metanol zəhərlənməsi əsasən görmə sisteminə təsir edir. Qarışqa turşusu optik siniri zədələyərək bulanıq görmə, korluq və hətta optik atrofiyaya səbəb ola bilər. Ağır hallarda sinir sisteminin pozulması, tənəffüs çatışmazlığı və koma baş verə bilər.

Metanol zəhərlənməsinin müalicəsində əsasən etanol istifadə edilir. Etanol alkoqol dehidrogenazanı bloklayaraq metanolun toksik metabolitlərə çevrilməsinin qarşısını alır.

Neandertal

visiontv.az



Избранный
22
visiontv.az

1Источники