Azərbaycanın futzal üzrə yükəsk liqasının 11-ci turunun oyununda qəribə hadisə baş verib.
Offsideplus.az xəbər "Baku Fire" komandasının həkimi Cəlal Əliyev "Araz-Naxçıvan"la qarşılaşma zamanı hakimi təhqir edib. O, matçın final fitindən sonra ədalət təmsilçisini söydüyünə görə birbaşa qırmızı ilə cəzalandırılıb.
AFFA İntizam Komitəsi Cəlal Əliyevi 5 oyunluq diskvalifikasiya edib.