RU

Nazirdən yeni TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr müavini təyin olunub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə Nurşən Elxan oğlu Alıyev təyin edilib.
Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Məlumata görə, Nurşən Alıyev Məcnun Məmmədovun yaxın dostu, hazırda "Aqroservis" ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla əvvəllər birgə çalışıb.
Qeyd edək ki, bu ilin yanvar ayında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İlyas İnqilab oğlu Həsənov vəzifəsindən azad edilib.
Xatırladaq ki, Nuşrən Alıyev uzun müddət "Təmiz Qaz" Qapalı Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışıb və "AAN Group" şirkətinin də rəhbəridir.
Избранный
15
1
oxu.az

2Источники