RU

Azərbaycanı dünya çempionatında 6 boksçu təmsil edəcək

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.

İdman.biz

Избранный
19
2
idman.biz

10Источники