RU

Fransanın baş naziri: Yenidən silahlanmamız digər sahələrə ziyan vurmamalıdır

Fransanın yenidən silahlanması və müdafiə sahəsinə investisiyaların artırılması digər sahələrə ziyan vurulmaqla həyata keçirilə bilməz.

“Report” xəbər verir ki, bunu Fransanın baş naziri Fransua Bayru “Europe 1” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məqsəd üçün fransızların əmanətlərindən istifadə məsələsi araşdırılır.

"Biz müdafiə sahəsindəki çağırışlar naminə digər bütün çağırışları tamamilə unuda bilmərik. Fransa müdafiəsi olmasa, özünü qoruya bilməz, lakin güclü olmasa da, qoruya bilməz, bu güc isə kənara qoya bilməyəcəyimiz bütün sahələrdədir: məsələn, təhsil. Əgər yeni nəsillər lazımi qaydada təhsil almazsa, biz güclü millət ola bilmərik", - baş nazir bildirib.

Digər problemlər miqrasiya, sənayesizləşdirmə və bir sıra ərazilərin tərk edilməsi ilə bağlıdır.

Избранный
27
2
report.az

3Источники