RU

Naziri oğurlamağı və hökuməti devirməyi planlaşdıran şəxslərə hökm oxundu

Almaniyada səhiyyə naziri Karl Lauterbaxı oğurlamağı və hökuməti devirməyi planlaşdıran 5 şübhəli həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qərarı verən Koblenz Ali Regional Məhkəməsi qeyd edib ki, təqsirləndirilən şəxslər elektrik enerjisində fasilələr yaratmağı və vətəndaş iğtişaşları törətməyi planlaşdırıblar.

Dörd əsas təqsirləndirilən şəxsə 5 il 9 aydan 8 ilə qədər, beşinci müttəhimə isə 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Избранный
15
publika.az

1Источники