RU

Fənn olimpiadalarının finalında 1100-ə qədər şagird yarışacaq

Bu il keçirilən Respublika fənn olimpiadalarının final turuna 1100-ə yaxın şagird vəsiqə qazanıb. 

Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, şagirdlər olimpiadaya 8 fənn - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, tarix, coğrafiya, biologiya üzrə qatılıblar. Riyaziyyat və informatika fənlərinin hər biri üzrə 150, digər fənlərin hər biri üzrə isə 120 şagird final turuna adlayıb. Finalın aprel-may aylarında keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Избранный
59
azedu.az

1Источники